Bakı. Humay Ağacanova - Trend:
Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramının prioritet istiqamətləri açıqlanıb.
Trend xəbər verir ki, yüksəkrəqabətli insan kapitalına zərurət iqtisadiyyatın, demək olar ki, bütün sahələrini əhatə edir. Dövlət Proqramının icrası zamanı aşağıdakı prioritet ixtisas sahələrinə üstünlük veriləcəkdir :
- informasiya texnologiyaları;
- mühəndislik;
- statistika və verilənlərin təhlili;
- fundamental və tətbiqi elmlər;
- ictimai səhiyyə;
- təhsil;
- ətraf mühit;
- aviasiya və kosmos;
- dövlət idarəetməsi;
- nəqliyyat və logistika;
- energetika;
- iqtisadiyyat;
- maliyyə;
- arxitektura və dizayn;
- kənd təsərrüfatı.