...

Azərbaycanda 225 nəfər COVID-19-a yoluxub, 14 nəfər vəfat edib

Cəmiyyət Materials 11 Mart 2022 15:32 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 225 yeni yoluxma faktı qeydə alınıb, 583 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 790 378 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 778 543 nəfər müalicə olunaraq sağalıb, 9 589 nəfər vəfat edib, aktiv xəstə sayı 2 246 nəfərdir.

Ölkədə son sutka ərzində 5 161, hazırkı dövrədək isə 6 622 919 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti