...

Sabahın hava proqnozu açıqlanıb

Cəmiyyət Materials 13 Mart 2022 12:36 (UTC +04:00)
Sabahın hava proqnozu açıqlanıb

Bakı. Trend:

Martın 14-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin tutqun olacağı gözlənilir.

Gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 2-4° isti, gündüz 5-7° isti, Bakıda gecə 2-4° isti, gündüz 5-7° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 5-8° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 3-8° şaxta olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti