...

Xətai rayonunda 3 saylı uşaq evinin sakinləri ziyarət olunub (FOTO)

Cəmiyyət Materials 15 Mart 2022 18:50 (UTC +04:00)
Xətai rayonunda 3 saylı uşaq evinin sakinləri ziyarət olunub (FOTO)

Bakı. Trend:

Martın 15-də - Novruz bayramı ərəfəsində Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri və Aparat nümayəndələri, Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri rayon ərazisindəki 3 saylı uşaq evinin sakinləri ilə görüşüblər.

3 saylı uşaq evinin direktoru Məhbubə Hüseynova görüşdə dövlətin uşaqlara diqqət və qayğısından geniş bəhs edib. Bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev hər zaman uşaqlara böyük qayğı ilə yanaşmış, onların sağlam böyümələri üçün zəruri addımlar atmışdır. Ümumiyyətlə, Azərbaycanda uşaq hüquqlarının qorunması prioritet məsələlər sırasındadır. 1 iyun tarixinin Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunması uşaqlara beynəlxalq səviyyədə diqqətin bariz nümunəsidir. Ulu öndər Heydər Əliyev “Uşaqlar bizim gələcəyimizdir” söyləyərək cəmiyyətin hər bir üzvünə onlara qayğı ilə yanaşmağa çağırışlar edirdi: “Nəzərə alsaq ki, hər bir uşağın sağlam böyüməsi, mənəvi sıxıntılardan uzaq olması üçün ailəyə ehtiyacı var. Bu halda valideyn himayəsindən məhrum olmuş uşaqların hansı problemlərlə üzləşdiklərini təsəvvür etmək çətin deyil. Baxmayaraq ki, dövlət bu uşaqların qayğıdan kənarda qalmamaları üçün zəruri olan bütün addımları atır, uşaq evlərinin fəaliyyəti və onlarda uşaqların gələcək inkişafı üçün bütün imkanların yaradılması, ən əsası onların valideyn nəvazişindən uzaq olduqlarını hiss etdirməmək üçün yüksək qayğının təmin edilməsi həyata keçirilir, yenə də bu işdə ailənin önəmi danılmazdır. Ailə kiçik dövlətdir. Bu kiçik dövlət Azərbaycanın gələcəyi üçün hərtərəfli vətəndaş yetişdirir, onun gələcəyinə təminat verir. Heydər Əliyev siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən dövlət başçısı İlham Əliyevin uşaqlara diqqət və qayğısının bariz nümunəsi 2009-cu ilin ölkəmizdə “Uşaq İli” elan edilməsidir. Bununla yanaşı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdə uşaqlara diqqət və qayğı əsas yer tutur.”

Çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə dövlətimizin uşaq siyasətindən geniş bəhs edərək bu istiqamətdə atılan addımlardan, imzalanan Fərman və sərəncamlardan, təsdiqlənən Dövlət proqramlarından, eyni zamanda, hər bir sahənin inkişafına, cəmiyyətin idarə olunmasına xidmət edən qanunlardan bəhs edərək bildirib ki, uşaqların sağlam ruhda böyüməsi onların necə tərbiyə olunmasından asılıdır. Dövlətin valideyn qayğısından məhrum olan uşaqları öz himayəsinə götürərək onların problemlərinin həllini diqqət mərkəzində saxlaması və hərtərəfli şəkildə yetişmələri üçün zəruri tədbirlər görməsi təqdirəlayiq haldır.

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Novruz bayramında daha çox sevinən uşaqlar olur. Zəngin tarixi və rəngarəng folkloru özündə ehtiva edən Novruz bayramının adətləri uşaqlar üçün xüsusi maraq kəsb edir.

Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov çıxışında milli birlik, həmrəylik, bolluq, bərəkət bayramı olan Novruzun insanlarda yaratdığı xoş ovqatdan, yüksək əhval-ruhiyyədən bəhs edib. Bildirib ki, Novruz gəlişi ilə ölkəmizə əmin-amanlıq, firavanlıq, səmimiyyət gətirir. Bu gün Novruz sevincimizə sevinc qatan digər mühüm amil 44 günlük Vətən müharibəsində şanlı Qələbəmizdir. Tarixi Zəfərimizin yaratdığı sevinc keçirilən tədbirlərin miqyasında da özünü aydın şəkildə ifadə edir. Birliyimizi, həmrəyliyimizi özündə təcəssüm etdirən Novruz bayramında uşaqlarla, ahıllarla bir arada olmaq, onların qayğıları ilə maraqlanmaq, sevincimizi bir yerdə paylaşmaq hər birimizi qürurlandırır. Çünki milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə uyğun olaraq uşaqlara, böyüklərə diqqət və qayğı hər birimizin vətəndaşlıq borcumuzdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti