...

Sabahın hava proqnozu açıqlanıb

Cəmiyyət Materials 31 Mart 2022 12:52 (UTC +04:00)
Sabahın hava proqnozu açıqlanıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 1-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək.

Abşeron yarımadasında havanın temperaturu gecə 7-10° isti, gündüz 15-18° isti olacaq.

Bakıda gecə 8-10° isti, gündüz 16-18° isti olacaq.

Atmosfer təzyiqi 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək.

Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 20-25° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 10-15° isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti