...

Bakının mərkəzində qəza olub, su kəsilib

Cəmiyyət Materials 8 Aprel 2022 09:23 (UTC +04:00)
Bakının mərkəzində qəza olub, su kəsilib

Bakı. Trend:

Bakı şəhəri Neftçilər prospektindən keçən su xəttində baş vermiş qəza ilə əlaqədar Səbail rayonunun mərkəzi hissəsinə içməli suyun verilməsində məhdudiyyət yaranıb.

“Azərsu” ASC-dən Trend-ə verilən məlumata görə, hazırda qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti