...

Xəzərin suyu niyə azalır?

Cəmiyyət Materials 11 Aprel 2022 13:51 (UTC +04:00)
Xəzərin suyu niyə azalır?
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Sosial şəbəkələrdə Xəzər dənizinin Qazaxıstan hissəsində suyun azalmasını göstərən videolar yayılıb. Görüntülərdə dənizin 200 metrə yaxın geri çəkildiyi, torpaq qatının üstə çıxdığı müşahidə olunur. Belə hal Xəzərin Azərbaycan hissəsində də baş verə bilərmi?

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Xəzər Universitetinin Coğrafiya və Ətraf Mühit Departamentinin müdiri Rövşən Abbasov bildirib ki, Xəzər dənizində suyun səviyyəsinin düşməsi 1995-ci ildən mütəmadi hal alıb:

"Xəzərdə suyun ən aşağı səviyyəsi 1977-ci ildə olub. Hazırkı vəziyyət də ona doğru gedir. Baş verənlər əsasən iki səbəbdən olur: Xəzər dənizinə tökülən çayların suyunun azalması və qlobal istiləşmənin nəticələri. Ümumiyyətlə qapalı hövzələrdə suyun səviyyəsinin artıb -azalması həmişə baş verir. Dünyada elə göllər var ki, orada vəziyyət daha pisdir. Xəzərdə suyun səviyyəsinin daha çox düşməsinin qarşısını alan Volqa çayıdır. Belə ki, Xəzər dənizinə suyun 80 faizi Volqa çayı ilə gəlir. Rusiya hidroloqlarının məlumatına görə, Volqada suyun yağışlı havalarla əlaqədar artacağı gözlənilir. Əgər belə olarsa, Xəzərdə suyun səviyyəsi qalxacaq. Avropalı mütəxəssislər isə bildirir ki, Xəzərdə səviyyə bir neçə metr düşə bilər",- deyə ekspert bildirib.

R.Abbasov ümumilikdə hesab edir ki, Xəzər dənizinin suyu yaya doğru getdikcə artacaq. Çünki Xəzərə su gətirən çayların hövzələrində qar əriyir. Bu da çaylarda bolsululuq yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti