Bakı. Trend:
13 aprel 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən tərtib edilmiş “COVID-19-un diaqnostika və müalicəsi” üzrə metodik vəsaitin təqdimatına həsr edilmiş Elmi Simpozium keçiriləcək.
Elmi Simpoziumda “Metodik vəsait: COVID-19-un diaqnostika və müalicəsi üzrə beynəlxalq və yerli təcrübənin xülasəsi”, “Koronavirusun diaqnostikasında zəruri laborator müayinələr”, “COVID-19 xəstəliyinin radioloji diaqnostikası”, “COVID-19-un müalicəsində istifadə edilən dərman vasitələri”, “Ağır koronavirus xəstələrində ECMO tətbiqinin əsas prinsipləri” mövzularında Mərkəzi Gömrük Hospitalının həkimləri tərəfindən hazırlanmış məruzələr dinləniləcək və tədbir sual-cavab sesiyaları vasitəsilə interaktiv şəklində həyata keçiriləcək.
Proqramla tanış olmaq üçün link:
Tədbiri hərkəs Mərkəzi Gömrük Hospitalının rəsmi facebook səhifəsi üzərindən canlı izləyə bilər.
Maraqlanan hərkəsi 13 aprel 2022-ci il tarixində saat 9:30-da tədbiri izləməyə dəvət edirik!