...

Dini dəyərlərə növbəti ehtiram - Prezident İlham Əliyevin açılış etdiyi İlahiyyat İnstitutundan reportaj (VİDEO)

Cəmiyyət Materials 15 Aprel 2022 16:48 (UTC +04:00)
Dini dəyərlərə növbəti ehtiram - Prezident İlham Əliyevin açılış etdiyi İlahiyyat İnstitutundan reportaj (VİDEO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu günlərdə Prezident İlham Əliyev Azərbaycan İlahiyyat İnstitutunun yeni inzibati binasının açılışını edib. Trend TV-nin çəkiliş qrupu yeni bina ilə tanış olub, İlahiyyat İnstitutunun müəllim və tələbə kollektinin təəssüratlarını öyrənib.

Müəllim və tələbələr Azərbaycanda din sahəsinə göstərdiyi böyük dəstəyə, yeni binada yaradılan ən müasir şəraitə görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Aqil Şirinov qeyd edib ki, dünyanın bütün böyük dinləri İlahiyyat İnstitutunda tədris olunur.

"Bu da öz növbəsində Prezident İlham Əliyevin timsalında Azərbaycan dövlətinin ölkəmizdə mövcud olan dini ənənələrə göstərdiyi hörmətdir. İlahiyyat İnstitutunun qarşısında duran əsas məqsəd cəmiyyətdə bir fenomen olaraq dinin elmi əsaslarla, xurafatdan, radikalizmdən uzaq, müasir dövrə uyğun şəkildə tələbələrimizə öyrətməkdir. Prezident İlham Əliyevində qeyd etdiyi kimi tolerantlıq bizim həyat tərzimizdir. Azərbaycan multikultiralizm ənənəsi bugün xarici universitetlərdə öyrənilir və tədris olunur", - deyə A. Şirinov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti