Bakı. Trend:
Cənubi Azərbaycan tarixinin, xüsusilə 1945-1946-cı illər Cənubi Azərbaycanda milli-demokratik hərəkatın, bu hərəkata rəhbərlik etmiş Azərbaycan Demokrat Firqəsinin sədri S.C.Pişəvəri şəxsiyyətinin, onun elmi-bədii yaradıcılığının və siyasi fəaliyyətinin ən məhsuldar tədqiqatçılarından olan Əkrəm Rəhim oğlu Bije bu gecə dünyasını dəyişib.
Trend xəbər verir ki, Mərhumun cənazəsi bu gün, 29 aprel 2022-ci il tarixində, saat 12-13 arasında yaşadığı ünvandan götürülüəcək, "Heydər" məscidində müvafiq dini mərasimlər tamamlandıqdan sonra Bakı şəhəri, Binəqədi rayonu ərazisindəki qəbirstanlıqda torpağa tapşırılacaqdır.
Allah rəhmət eləsin.