...

Son 17 ildə Azərbaycanda insan alveri qurbanlarının sayı açıqlanıb

Cəmiyyət Materials 29 Aprel 2022 11:29 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasında insan alveri ilə mübarizənin hüquqi müstəvidə aparıldığı son 17 ildə dünya standartlarına uyğun institusional islahatlar, zəruri təşkilati və praktiki tədbirlər hayata keçirilib, möhkəm qanunvericilik bazası yaradılıb, o cümlədən ölkəmiz insan alverinə qarşı mübarizədə əksər beynəlxalq sənədlərə qoşulub.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatında qeyd olunub.

Bu müddətdə 1916 müvafiq cinayət aşkarlanaraq 607 şaxs məsuliyyətə cəlb olunub, həmin əməllərin 1165 qurbanı müəyyən edilib.

Hesabatda qeyd olunub ki, insan alveri ilə mübarizədə görülməli işlər daha çoxdur. Belə ki, cinayətlərin başqa növləri kimi insan alveri əməllərinin törədilmə forma və metodları daim dəyişdiyindən onların aşkarlanmasının özüneməxsus çətinlikləri da ortaya çıxır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti