...

Buzovnada "Şəhidlər bulağı"nın açılışı olub (FOTO)

Cəmiyyət Materials 30 Aprel 2022 15:35 (UTC +04:00)
Buzovnada "Şəhidlər bulağı"nın açılışı olub (FOTO)

Bakı. Trend:

29 aprel 2022-ci il tarixdə Buzovna qəsəbəsində yerləşən 26 saylı tam orta məktəbdə Şəhidlər bulağının açılışı olmuşdur. Tədbirdə Xəzər RİH başçısı Elşən Salahov, Millət vəkili Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, şəhidlərin ailə üzvləri, məktəbin rəhbərliyi, müəllim və şagird kollektivi, ictimaiyyət nümayəndələri iştirak edib.

Mərasim məktəbin akt zalında şəhidlərimizin xatirəsinə həsr edilmiş ədəbi-bədii kompozisiya ilə başlamışdır. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Sonra torpaqlarımızn azadlığı uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbin direktoru Yaqut Məmmədova qonaqları salamladıqdan sonra söz şagirdlərə verildi. Qonaqlar şagirdlərin ifasında Vətənə, torpağa, şəhidlərimizə həsr olunmuş şeirlər, mahnılar dinlədi, rəqslərə tamaşa etdilər.

Sonra tədbir iştirakçıları məktəbin foyesində şagirdlərin təqdimatında “Şuşa ili”nə həsr olunmuş sərgi ilə tanış oldular.

Sərgidən sonra şəhid ailələrinin iştirakı ilə məktəbin həyətində yerləşən Şəhidlər bulağının açılışı oldu. Buzovna Cümə məscidinin axundu Soltan Əlizadə şəhidlərimizin ruhuna dualar oxuyaraq onlara Allahdan rəhmət dilədi.

Açılış mərasimində çıxış edənlər Vətənin müdafiəsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini dərin hörmətlə yad edərək, şəhid ailələrinə səbr dilədilər. Natiqlər tədbirdə iştirak edən şagirdlərə şəhidlərin qanı hesabına qazanılmış müstəqil Azərbaycanın layiqli övladları olmağı arzuladılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti