...

BSU-da Ulu öndər Heydər Əliyevə həsr olunan beynəlxalq simpoziumun bağlanış mərasimi olub (FOTO)

Cəmiyyət Materials 8 May 2022 17:26 (UTC +04:00)
BSU-da Ulu öndər Heydər Əliyevə həsr olunan beynəlxalq simpoziumun bağlanış mərasimi olub (FOTO)

Bakı. Trend:

Mayın 8-də Bakı Slavyan Universitetinin (BSU) və Azərbaycan Dillər Universitetinin Germanistika İnstitutlarının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Germanistikanın yeni yolları. Avropa və Qafqaz arasında ədəbiyyat və mədəniyyət mübadiləsi” adlı beynəlxalq simpoziumun bağlanış mərasimi keçirilib.

BSU-dan Trend bildirilib ki, tədbirdə çıxış edən Bakı Slavyan Universitetinin Elmi İşlər üzrə prorektoru Rafiq Novruzov bölmələrdə müxtəlif istiqamətlər üzrə geniş və maraqlı müzakirələr aparıldığını vurğulayıb.

Sonra simpoziumun bölmə rəhbərlərinin hesabatları dinlənilib.

Tədbirdı nümayiş olunacaq “Qisas almadan ölmə” filminin rejissoru Oqtay Mirqasımov Azərbaycan və Almaniya əlaqələrinin tarixi bağlarından, konfrans filmin ərsəyə gəlməsindən söz açıb.

Bağlanış mərasimindən sonra simpozium iştirakçıları Oqtay Mirqasımovun “Qisas almadan ölmə” filmini izləyiblər.

3 gün davam edən simpoziuma, ümumilikdə, 65-ə yaxın məqalə qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti