...

Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq

Cəmiyyət Materials 13 May 2022 11:57 (UTC +04:00)
Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq

Bakı. Trend:

Sabah Bakıda Qara Qarayev prospektində hərəkət qismən məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, 14 may saat 08:00-dan 15 may saat 20:00-dək Nizami rayonu, Qara Qarayev prospektində (YAP-ın təşkilatının inzibati binasının önü) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Sürücülərdən aparılacaq təmir işlərinə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri, qeyd olunan tarixlərdə təmir işlərinin aparıldığı ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur

Məqalədə:
Xəbər lenti

Xəbər lenti