...

İdxalı ƏDV-dən azad edilən kağız və çap məhsullarının siyahısı təsdiqlənib

Cəmiyyət Materials 13 May 2022 13:04 (UTC +04:00)
İdxalı ƏDV-dən azad edilən kağız və çap məhsullarının siyahısı təsdiqlənib

Bakı. Trend:

Nazirlər Kabineti “İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin və həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın Siyahısı”nı təsdiqləyib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, siyahıya aşağıdakı məhsullar daxildir:

- Rulonlarda və ya vərəqlər şəklində qəzet kağızı

- Müstəlif ölçü və qramda olan yazı, çap və ya digər qrafik məqsədləri üçün istifadə edilən təbaşirlənməmiş kağız və karton

- Kitabların cildlənməsi üçün tikilən kağız və karton üzlük

- İllüstrasiyalı və ya illüstrasiyasız, içində reklam materialı olan və ya olmayan qəzetlər, jurnallar və digər dövri nəşrlər

- Kitab-şəkillər, rəsm üçün və ya rəngləmə üçün uşaq kitabları

- Kitablar şəklində çap edilmiş atlaslar, divar xəritələri, topoqrafik planlar da daxil olmaqla, coğrafi və hidroqrafik xəritələr və ya bütün növ analoji xəritələr.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti