...

ADNSU-da “Anamın kitabı” tamaşası nümayiş olunub (FOTO)

Cəmiyyət Materials 13 May 2022 20:18 (UTC +04:00)
ADNSU-da “Anamın kitabı” tamaşası nümayiş olunub (FOTO)

Bakı. Trend:

Mayın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Şuşa ili” çərçivəsində Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında Cəlil Məmmədquluzadənin “Anamın kitabı” tamaşası nümayiş olunub.

Dahi Cəlil Məmmədquluzadənin XX əsrin əvvəllərində qələmə aldığı “Anamın kitabı” pyesi əsasında səhnələşdirilən tamaşa iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Tamaşadan sonra ADNSU-nun rektoru, professor Mustafa Babanlı dahi Cəlil Məmmədquluzadənin 1920-ci ildə qələmə aldığı pyesin bu gün də yüksək ideyasına və dərin məzmununa görə böyük tərbiyəvi əhəmiyyət daşıdığını qeyd edib. O, Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarına əsəri məharətlə canlandırdıqlarına görə təşəkkürünü bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti