...

Mərkəzi Gömrük Hospitalında ÜST nümayəndələri ilə görüş keçirilib

Cəmiyyət Materials 19 May 2022 19:25 (UTC +04:00)
Mərkəzi Gömrük Hospitalında ÜST nümayəndələri  ilə görüş keçirilib

Bakı. Trend:

19 may 2022-ci il tarixində Mərkəzi Gömrük Hospitalında Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri ilə görüş keçirilib.

Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Dr. Radu Cojocaru və ÜST mütəxəssis Dr.Cəvahir Süleymanova ilə görüşdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalı rəisinin müavini Bəxtiyar Musayev, Mərkəzi Gömrük Hospitalının Tibbi Laboratoriyanın həkim-mikrobioloqu Dr.Səbinə İbrahimova, həkim-bakterioloq Ülkər Məmmədova, Tibbi Yardımın Keyfiyyətinə Nəzarət Şöbəsinin rəisi Şəlalə Həsənova iştirak ediblər.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.f.d., dosent İsmayıl Əfəndiyev Mərkəzi Gömrük Hospitalının 2020-ci il 11 iyun tarixindən pandemiya xəstəxanası elan edildiyi dövrdə fəaliyyəti barədə ətraflı məlumat verib. Mərkəzi Gömrük Hospitalı rəisinin müavini Dr.Bəxtiyar Musayev bildirib ki, pandemiya dövründə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin dəstəyi ilə Mərkəzi Gömrük Hospitalının klinik şöbələri, laboratoriya və diaqnostika xidmətləri ən innovativ tibbi avadanlıq və cihazlarla təmin edilmiş, koronaviruslu xəstələrin müalicəsində ekstrakorporal membran oksigenasiyası (EKMO) cihazı ilk dəfə məhz Mərkəzi Gömrük Hospitalında uğurla istifadə edilmişdir.

Görüşdə təqdimatla çıxış edən Mərkəzi Gömrük Hospitalının həkim-mikrobioloqu Dr.Səbinə İbrahimova Mərkəzi Gömrük Hospitalının PZR laboratoriyasının pandemiya dövründəki fəaliyyətindən danışaraq bildirib ki, Hospiatlın PZR laboratoriyası UBB-2, 2+ laboratoriyasının standartlarına tam cavab verir. Nümunələrin toplanması, qablaşdırılması, daşınması və qəbulu ilə bağlı bütün prosedurlar zəruri fərdi qoruyucu vasitələrdən istifadə etməklə tibb işçiləri tərəfindən həyata keçirilir.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan ofisinin nümayəndəsi Cəvahir Süleymanova ÜST-ün Mərkəzi Gömrük Hospitalı ilə əməkdaşlığından, gələcəkdə bu təşkilatın özünüqiymətləndirmə və özünümonitorinq proqramına qoşulma imkanlarından danışıb. Eyni zamanda, görüşdə Sanitar-Karantin Xidmətinin, İnfeksiya Nəzarət Komissiyasının fəaliyyətinin nəticələri, Mərkəzi Gömrük Hospitalının Türkiyənin məşhur Florence Nightingale Xəstəxanalar Qrupu ilə əməkdaşlığı yüksək qiymətləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti