Bakı. Trend:
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, ölən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 792 778 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 783 017 nəfər müalicə olunaraq sağalıb, 9 713 nəfər vəfat edib, aktiv xəstə sayı 48 nəfərdir.
Ölkədə son sutka ərzində 3 948, hazırkı dövrədək isə 6 898 425 test aparılıb.