...

Tələbələrdən rüşvət tələb edən müəllim işdən çıxarıldı

Cəmiyyət Materials 20 İyun 2022 13:56 (UTC +04:00)
Tələbələrdən rüşvət tələb edən müəllim işdən çıxarıldı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Dövlət Universiteti (BDU) səs yazısı yayılan müəllimlə bağlı açıqlama yayıb.

Universitetdən Trend-ə verilən xəbərə görə, səs yazısı yayılan Sədaqət Əhmədovanın əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, Sədaqət Əhmədovanın tələbələrdən rüşvət istəməsi ilə bağlı səs yazısı yayılıb. Belə ki, müəllimin tələbələrdən pul almaq üçün onları imtahandan kütləvi şəkildə kəsdiyi iddia edilib. Müəllim səs yazısında deyib ki, imtahandan kəsilən zaman tələbələr üç-beş min manat arası pul ödəsələr, məsələ həllini tapar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti