...

Ağalı kəndinin 428 sakinindən böyük əksəriyyəti doğma yurda qayıtmaq istəyir - Komitə sədri

Cəmiyyət Materials 23 İyun 2022 10:40 (UTC +04:00)
Ağalı kəndinin 428 sakinindən böyük əksəriyyəti doğma yurda qayıtmaq istəyir - Komitə sədri

Bakı. Trend:

Zəngilan rayonunun Ağalı kəndinin 428 nəfər sakini arasında keçirilən sorğu zamanı onların böyük əksəriyyəti doğma yurda qayıtmaq istəyini ifadə edib.

Trend-in məlumatına görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Dragana Koyiç ilə görüşdə deyib.

Məcburi köçkünlərin qayıdışı ilə əlaqədar həyata keçirilən layihələrdə beynəlxalq təşkilatların, həmçinin BQXK-nın iştirakının əhəmiyyəti qeyd edilərək bildirilib ki, Dövlət Komitəsi bu mərhələdə də əməkdaşlığın səmərəli olacağına böyük ümid bəsləyir. İşğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” layihəsinin icra edildiyi, yeni salınan müasir tipli yaşayış məntəqəsinə əhalinin köçürülməsinə hazırlıq görüldüyü xatırladılaraq diqqətə çatdırılıb ki, kəndin 428 nəfər sakini arasında keçirilən sorğu zamanı onların böyük əksəriyyəti doğma yurda qayıtmaq istəyini ifadə edib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Dragana Koyiç rəhbəri olduğu nümayəndəliyin fəaliyyəti haqqında məlumat verib, BQXK son dövrlərdə öz fəaliyyətini genişləndirdiyini, işə yeni əməkdaşlar cəlb edildiyini söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti