...

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Cəmiyyət Materials 1 İyul 2022 18:13 (UTC +04:00)
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Daxili İşlər Nazirliyinin İntellektual İdarəetmə Mərkəzi Bakıda sıxlıq yaranan avtomobil yollarını açıqlayıb.

Mərkəzdən Trend-ə verilən məlumata görə, hazırda yollarda vəziyyət aşağıdakı kimidir:

1. Ziya Bünyadov prospektinin, Müzəffər Həsənov küçəsi ilə kəsişməsindən başlayaraq, Çermet yol ötürücüsü üzərindən DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər - əsas yolda, 20 Yanvar dairəsi istiqamətində, eyni zamanda Abdulvahab Salamzadə küçəsi ilə kəsişmədən, Çermet yol ötürücüsü qədər olan hissəsində - əsas və kənar yolda, Koroğlu metro stansiyası istiqamətində sıxlıq

2. Abbasqulu ağa Bakıxanov küçəsində, İnşaatçılar prospekti ilə İzmir küçəsinin kəsişməsindən, Ceyhun Hacıbəyli küçəsi ilə kəsişməyə qədər, Gənclik Metrosu istiqamətində sıxlıq

3. Atatürk prospektidə Həsən Əliyev küçəsi ilə kəsişmədən başlayaraq, Ziya Bünyadov prospekti ilə kəsişməyədək olan hissəsində sıxlıq müşahidə olunur

4. Koroğlu Rəhimov küçəsinin Fətəli Xan Xoyski küçəsi ilə kəsişməsindən, Gülarə Qədirbəyova küçəsi istiqamətində və Təbriz küçəsi ilə kəsişməsindən Akademik Həsən Əliyev küçəsi istiqamətində sıxlıq

5. Gülarə Qədirbəyova küçəsində Xətai prospeki ilə kəsişmə istiqamətində sıxlıq müşahidə olunur.

6. Şah İsmayıl Xətai prospektinin Tələt Şıxəliyev küçəsi ilə kəsişməsindən başlayaraq, Əbdüləzəl Dəmirçizadə küçəsi ilə kəsişməsinə qədər, Heydər Əliyev prospekti istiqamətində sıxlıq

7. Alı Mustafayev küçəsində - Rövşən Cəfərov küçəsində başlayaraq əsas yolda, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq

8. Rövşən Cəfərov küçəsində - 20 yanvar dairəsindən başlayaraq əsas yolda, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq

9. Heydər Əliyev prospektində, Bağırov tunelindən başlayaraq, Heydər Əliyev Mərkəzinin yanına qədər kənar yolda sıxlıq

10. Mikayıl Useynov prospekti Azneft dairəsi istiqamətində sıxlıq müşahidə edilir.

11. Tbilisi prospektində Izmir küçəsi ilə kəsişmədən başlayaraq, Abdulvahab Salamzadə küçəsi ilə kəsişməyədək 20 yanvar dairəsi istiqamətində sıxlıq

12. 28 May küçəsində Aleksandr Puşkin küçəsi ilə kəsişməsindən, Rəşid Behbudov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq

13. Moskva prospektində - Beynəlxalq Avtovağzalın qarşısından 20 yanvar dairəsinə qədər - əsas və kənar yol sıxlıq

14. Abdulvahab Salamzadə küçəsində, Qələbə dairəsindən başlayaraq, Ceyhun Səlimov küçəsi ilə kəsişməyə qədər olan hissəsində, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq

Məqalədə:
Xəbər lenti

Xəbər lenti