...

Baş Prokurorluq "Çağrımərkəzi" və "Qaynar xətt"lə bağlı yayılan məlumatları təkzib etdi

Cəmiyyət Materials 5 İyul 2022 10:59 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bəzi çap media vasitələri və internet informasiya resurslarında Baş Prokurorluğun 961 nömrəli “Çağrı Mərkəzi” və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinin ödənişli əsaslarla fəaliyyət göstərməsi barədə həqiqətə uyğun olmayan informasiyalar yayılıb.

Bu barədə Trend-ə Baş Prokurorluqdan məlumat verilib.

Məlumatda bildirilir ki, qeyd edilən əlaqə vasitələri ödənişsizdir, vətəndaşlar istənilən mobil operatorlardan və stasionar telefonlardan zəng etməklə müraciətlərini edə bilərlər.

Bir daha bütün media subyektlərinə müraciət edərək bildiririk ki, gələcəkdə bu qəbildən neqativ hallara yol verildikdə tərəfimizdən qanunamüvafiq tədbirlər görüləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti