...

Artıq bir ixtisası ömürlük seçmək mümkün deyil - Məleykə Abbaszadə

Cəmiyyət Materials 15 İyul 2022 16:06 (UTC +04:00)
Artıq bir ixtisası ömürlük seçmək mümkün deyil - Məleykə Abbaszadə
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Artıq bir ixtisası ömürlük seçmək mümkün deyil.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, indiki dövrdə insanlar öz məşğul olduğu sahəni 5 dəfə dəyişməli olur.

"Texnologiyalar çox dəyişir. Ola bilsin ki, indi çox məşhur olan ixtisaslar 5 il sonra lazım olmayacaq. İxtisas seçimi yox, fəaliyyət istiqaməti təyin edilməlidir. Öz-özünü kəşf etmək üçün testlər var. DİM tərəfindən çoxdan individual xidmətləri göstərilir, müraciət edənlərin sayı isə elə də çox deyil. Amma 15-16 yaşlı uşaqlarda bunu etmək üçün Təhsil Nazirliyi ilə layihə həyata keçirəcəyik və bu, dövlət layihəsi olacaq. Biz təfəkkürü dəyişmək üçün bunu etməliyik", - deyə M. Abbaszadə əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti