Bakı. Trend:
Ali məktəblərə qəbul planının artırılması gözlənilir.
Trend-in məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və digər məsələlərlə bağlı media üçün brifinqdə deyib.
Ali məktəblərə əlavə olaraq 11000 tələbənin qəbul olunması, yüksək peşə təhsili olan tələbələrin sayının 10 000 artırılması nəzərdə tutulur.