...

Dövlət Məşğulluq Agentliyindən yeni layihə - “Gəz, qazan!”

Cəmiyyət Materials 28 İyul 2022 14:37 (UTC +04:00)
Dövlət Məşğulluq Agentliyindən yeni layihə - “Gəz, qazan!”

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı, Murmur Technologies MMC-nin dəstəyi ilə “Gəz, qazan!” layihəsinə start verilir.

Murmur Technologies ilkin olaraq San-Fransisko və Çikaqoda yaradılıb və mobil auditoriyaya çatan ağıllı reklam texnologiyasıdır. Hazırda qeyd edilən bölgələrdə 1500-ə yaxın əməkdaşı olan startap artıq Bakı şəhərində də fəaliyyətə başlayıb.

Azərbaycanlı gənc tərəfindən qurulan startapın iş prinsipi bel çantasına quraşdırılan smart reklam lövhəsi vasitəsilə müştərilər tərəfindən yerləşdirilən reklamları auditoriyaya çatdırmaqdan ibarətdir.

“Gəz, qazan!” layihəsi çərçivəsində Dövlət Məşğulluq Agentliyi tərəfindən ilkin mərhələdə 20 işsiz şəxs 3 ildən az olmayan müddətdə Murmur Technologiesdə işlə təmin ediləcək və həmin şəxslər özünüməşğulluq proqramı çərçivəsində lazım olan avadanlıqlarla təqdim olunacaqlar.

Qeyd edək ki, layihə çərçivəsində dəstək göstərilən şəxslər həm aylıq sabit qazanc əldə edəcək, həm də onlara özlərinə məxsus biznes qurmaqda köməklik göstəriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti