Bakı. Trend:
Peşə Təhsili üzrə bu il qəbul planı keçən illə müqayisədə 10 faiz artıb.
Trend-in məlumatına görə, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor vəzifələrini müvəqqəti icra edən Ceyhun Kərəmov deyib.
O qeyd edib ki, əsas artım dövlət hesabına aparılan təhsilin payına düşür. 2021-ci ildə 14160 tələbə qəbulu həyata keçirilmişdisə 2022-ci il üzrə plan 16040 nəfər təşkil edir.
Qeyd edək ki, 2022-2023-cü tədris ili üzrə peşə təhsil müəssisələrinə tələbə qəbuluna start verilir. 1 avqust tarixindən etibarən Peşə təhsil müəssisələrinə 2022/2023-cü tədris ili üzrə tələbə qəbuluna başlanılır.