...

11 minədək Birinci Qarabağ müharibəsi əlilinə 67 milyon manata yaxın birdəfəlik ödəmə köçürülüb

Cəmiyyət Materials 2 Avqust 2022 12:48 (UTC +04:00)
11 minədək Birinci Qarabağ müharibəsi əlilinə  67 milyon manata yaxın birdəfəlik ödəmə köçürülüb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Birdəfəlik ödəmələrlə bağlı indiyədək 67 milyon manata yaxın vəsait 11 minədək Birinci Qarabağ müharibəsi əlillərinin hesabına köçürülüb.

Trend-in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov mətbuat konfransında deyib.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmənin verilməsinə başlanıb.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanının 4.1-ci bəndinin icrası məqsədilə Nazirlər Kabinetinin 02 avqust 2022-ci il tarixli 271 №li Qərarı imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti