...

Gəncədə su kəsiləcək

Cəmiyyət Materials 16 Avqust 2022 14:41 (UTC +04:00)
Gəncədə su kəsiləcək

Bakı. Trend:

Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Gəncə şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.

“Azərsu” ASC-dən Trend-ə verilən məlumata görə, hazırda qurumun briqadası və texnikası qəza yerində işləyir. Qəza aradan qaldırıldıqdan sonra suyun verilişi bərpa olunacaq.

Narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti