...

Elnur Rzayev Yeni Həyat qəsəbəsində səyyar qəbul keçirib (FOTO)

Cəmiyyət Materials 16 Avqust 2022 16:52 (UTC +04:00)
Elnur Rzayev Yeni Həyat qəsəbəsində səyyar qəbul keçirib (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Yeni Həyat qəsəbəsində sakinlərlə görüşüb.

Görüşdə yerli hüquq mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbələridə iştirak edib. Səyyar qəbulda Yeni Həyat İnzibati Ərazi Dairəsinə daxil olan Yeni Həyat qəsəbəsi və Həbibkənd kəndinin sakinlərinin müraciətləri dinlənilib.

Görüş iştirakçıları əvvəlcə şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Daha sonra vətəndaşların müraciət və təklifləri dinlənilib. Sakinlər elektrik təsərrüfatının yenilənməsini, ərazidə yeni bağça binasının inşa edilməsini, məktəbin əsaslı təmirini və digər sosial məsələləri gündəmə gətiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Xəbər lenti

Xəbər lenti