...

Hərbi qulluqçularımız “Tank biatlonu” müsabiqəsində yarımfinala yüksəliblər (FOTO)

Cəmiyyət Materials 19 Avqust 2022 15:56 (UTC +04:00)
Hərbi qulluqçularımız “Tank biatlonu” müsabiqəsində yarımfinala yüksəliblər (FOTO)

Bakı. Trend:

Rusiya Federasiyasının Moskva şəhərinin Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən hərbi qulluqçularımız yarımfinal mərhələsinə vəsiqə qazanıblar.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, “Fərdi sürmə” mərhələsində Monqolustandan olan komanda ilə mübarizə aparan Azərbaycan tankçılarının üçüncü heyəti də müsabiqənin şərtlərinə əsasən hədəfləri sərrast atəşlə məhv edərək marşrut üzrə müəyyən edilmiş məsafəni uğurla qət ediblər.

Ümumi nəticədə Monqolustan komandasını geridə qoyan hərbi qulluqçularımız müsabiqənin yarımfinalına yüksəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti