...

Azərbaycanda 561 nəfər COVID-19-a yoluxub

Cəmiyyət Materials 1 Sentyabr 2022 16:32 (UTC +04:00)
Azərbaycanda 561 nəfər COVID-19-a yoluxub

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 561 yeni yoluxma faktı qeydə alınıb, 595 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 813 998 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 800 722 nəfər müalicə olunaraq sağalıb, 9 805 nəfər vəfat edib, aktiv xəstə sayı 3 471 nəfərdir.

Ölkədə son sutka ərzində 4 071, hazırkı dövrədək isə 7 159 317 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti