...

Nazir məktəbli formalarının alışında yaranan problemlərə münasibət bildirib

Cəmiyyət Materials 7 Sentyabr 2022 14:05 (UTC +04:00)
Nazir məktəbli formalarının alışında yaranan problemlərə münasibət bildirib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Yeni məktəbli formaları ilə bağlı hansısa gərginlik var. Bəzən bu, məlumatsızlıq ucbatından, bəzən valideynlərin düz ünvanlara müraciət etməmələri səbəbindən baş verir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir qeyd edib ki, Elm və Təhsil Nazirliyi məktəbli formalarının satışı, tikişi ilə məşğul olan qurum deyil.

“Biz yalnız həmin formaların nümunəvi, tövsiyə olunan şəkildə olmasına nəzarət edirik. Burada məcburiyyət yoxdur. Bu məktəb kollektivi və məktəbin qərarı olmalıdır. Ümumilikdə formaların olmasını məqsədəuyğun hesab edirik. Əgər məktəbi formaları ilə bağlı məcburiyyət halı olarsa və buna görə Bakı şəhəri üzrə Təhsil İdarəsi və regional idarələrə müraciət olunarsa məsələyə baxıla və ölçü götürülə bilər",- deyə nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti