...

BSU-da 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbirlər keçirilib (FOTO)

Cəmiyyət Materials 27 Sentyabr 2022 16:43 (UTC +04:00)
BSU-da 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbirlər keçirilib (FOTO)

Bakı. Trend:

Sentyabrın 27-də Bakı Slavyan Universitetində (BSU) 44 günlük Vətən müharibəsi şəhidlərinin anım gününə həsr edilmiş tədbirlər keçirilib.

Öncə BSU-nun rəhbərliyi, əməkdaşları və tələbələri Fəxri xiyabanda Umummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər, məzarı önünə əklil və gül dəstələri qoyaraq, xatirəsini dərin ehtiramla yad ediblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarı da ziyarət olunub, məzarı önünə gül dəstələri qoyulub, xatirəsi dərin hörmətlə anılıb.

BSU kollektivi Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsini dərin ehtiramla yad edərək, məzarları üzərlərinə gül dəstələri düzüblər.

“BSU-nun 27 Sentyabr – Anım Günü ilə bağlı tədbirlər planı” çərçivəsində bu gün auditoriyalarda ilk dərslərdə Vətən müharibəsinə həsr edilmiş söhbətlər aparılıb. Eyni zamanda, universitetin foyesində Vətən müharibəsi şəhidlərinə aid kitab sərgisi, əcnəbi və yerli tələbələrin Qənimətlər Parkına ziyarəti təşkil olunub.

Bununla yanaşı, BSU-da Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti