...

Dəmiryolçular Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər (FOTO)

Cəmiyyət Materials 13 Oktyabr 2022 14:32 (UTC +04:00)
Dəmiryolçular Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər (FOTO)

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin kollektivi 13 oktyabr - Azərbaycan Dəmiryol İşçilərinin Peşə Bayramı Günü ilə əlaqədar Fəxri xiyabanı ziyarət edərək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, onun abidəsi önünə əklil qoyublar.

Görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla yad olunub, abidəsi önünə gül dəstələri qoyulub.

Daha sonra Cəmiyyətin kollektivi Şəhidlər xiyabanına gələrək şəhidlərimizin məzarlarını ziyarət edib, "Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti