...

Azad olunan digər ərazilərdə də kütləvi məzarlıqlarla bağlı qazıntı-axtarış işləri aparılacaq - Dövlət Komissiyası

Cəmiyyət Materials 15 Oktyabr 2022 13:55 (UTC +04:00)
Azad olunan digər ərazilərdə də kütləvi məzarlıqlarla bağlı qazıntı-axtarış işləri aparılacaq - Dövlət Komissiyası
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Xocavənd. Trend:

Xocavəndin Edilli kəndində qazıntı axtarış işləri davam etdiriləcək.

Trend-in məlumatına görə, bunu bu gün xarici ekspertlər və QHT-lərdən ibarət nümayəndə heyətinin Xocavənd rayonunun Edilli kəndinə səfəri zamanı jurnalistlərə açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü Zaur İsmayılov bildirib.

Onun sözlərinə görə, işğaldan azad olunan digər ərazilərdə də bu işlərin aparılması planlaşdırılır.

"Növbəti mərhələdə Füzuli, Ağdam, Şuşa, Kəlbəcər və digər işğaldan azad olunan ərazilərdə axtarışlar planlaşdırılır. Bu axtarışların aparılmasına həmin ərazilərin minalarla çirkləndirilməsi maneə törədir. Ərazilər minalardan təmizləndikdən sonra bu işlər daha intensiv davam edəcək", -

Xatırladaq ki, Xocavəndin Edilli kəndində aşkar olunan məzarlıqda 12 nəfərin qalıqları aşkarlanıb. Əşyalarla birlikdə aşkarlanan skeletlərin geyimlərindən hərbçi olduqları bilinir. Eyni zamanda skeletlərin əlləri və ayaqları məftil və kəndirlə bağlanıb. Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4000 nəfərədək mülki şəxs və hərbi əsirlərin taleyi barədə Ermənistan hələ də heç bir məlumat təqdim etməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti