...

Ombudsman təsisatının 20 illiyi ilə əlaqədar poçt markası istifadəyə verilib (FOTO)

Cəmiyyət Materials 20 Oktyabr 2022 12:14 (UTC +04:00)
Ombudsman təsisatının 20 illiyi ilə əlaqədar poçt markası istifadəyə verilib (FOTO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları Müvəkkili (Ombudsman) təsisatının 20 illiyi ilə əlaqədar poçt markası istifadəyə verilib.

Trend-in məlumatına görə, Azərbaycan Reapublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Ombudsmanların və milli insan hüquqları təsisatlarının biznes və insan hüquqları sahəsində rolu” mövzusunda keçirilən konfransda poçt markasını tədbir iştirakçılarına, xarici ölkə ombudsmanlarına, beynəlxalq ekspertlərə və xarici ombudsmanların nümayəndələrinə təqdim edib.

Təqdimat mərasimində çıxış edən Azərbaycanın keçmiş Ombudsmanı Elmira Süleymanova bildirib ki, Azərbaycan dünya birliyində insan hüquqları carçısı və dəstəkçisi, insan hüquqlarının müdafiəçisi, insan hüquqlarının təmin olunmasında bir örnəkdir.

O qeyd edib ki, Azərbaycanın siyasəti bütün dünyada sülh və əməkdaşlığı, insan hüquqlarının müdafiəsini dəstəkləməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti