...

Bakıda “Qələbə qaçışı” adlı növbəti xeyriyyə yürüşü təşkil ediləcək

Cəmiyyət Materials 24 Oktyabr 2022 23:41 (UTC +04:00)

Bakı. Trend:

Noyabrın 6-da Gənclər və İdman Nazirliyi müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm zəfərə həsr olunmuş “Qələbə qaçışı” adlı növbəti xeyriyyə yürüşü təşkil edəcək.

Nazirliyin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, toplanan vəsait şəhid ailələrinə xeyriyyə məqsədi ilə sərf ediləcək.

“Qələbə qaçışı”nın iştirakçıları yarışa Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yanından start verəcəklər. Qaçış 3 müxtəlif (3, 5 və 10 kilometr) məsafəni əhatə edəcək və iştirakçılar həmin 3 məsafədən hər hansı birində finiş xəttinə çıxa bilərlər.

Qaçış çərçivəsində urban (şəhər) idmanı ustad dərsləri və maraqlı tədbirlər də təşkil ediləcək.

Xəbər lenti

Xəbər lenti