...

Azərbaycanda 38 nəfər COVID-19-a yoluxub, ölən yoxdur

Cəmiyyət Materials 8 Noyabr 2022 16:32 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 52 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 823 577 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 354 nəfər müalicə olunaraq sağalıb, 9 957 nəfər vəfat edib, aktiv xəstə sayı 266 nəfərdir.

Ölkədə son sutka ərzində 2 375, hazırkı dövrədək isə 7 336 115 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti