...

Zəngilanda inşa olunan “Ağıllı kənd” MDB məkanında ilkdir - İnam Kərimov

Cəmiyyət Materials 21 Noyabr 2022 11:19 (UTC +04:00)
Zəngilanda inşa olunan “Ağıllı kənd” MDB məkanında ilkdir - İnam Kərimov

Trend-i buradan izləyin

Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Zəngilanda inşa olunan “Ağıllı kənd” MDB məkanında ilkdir, eyni zamanda dünyada mövcud olan digər ağıllı kəndlərdən fərqlənir.

Trend-in məlumatına görə, bunu kənd təsərrüfatı naziri İnam Kərimov noyabrın 21-də “Şəhərlərin və kənd yerlərinin inkişafına innovativ yanaşma: ağıllı şəhər və kəndlər” mövzusunda beynəlxalq konfransda çıxışı zaman deyib.

O qeyd edib ki, rəqəmsallaşma, alternativ enerjidən istifadə, ictimai xidmətlərin elektronlaşması, ətraf mühitin mühafizəsi, tullantıların idarə olunması “Ağıllı kənd”də kompleks şəkildə tətbiq olunmaqdadır.

"Buna görə Ağalıda inşa olunan “Ağıllı kənd” dünyada Azərbaycan modeli kimi qiymətləndirilə bilər. Bu yanaşma “Ağıllı kənd”lə tanış olan beynəlxalq təşkilatların nümayəndələri tərəfindən dəfələrlə vurğulanıb, etiraf olunub, nüfuzlu beynəlxalq tribunalardan səsləndirilib.

“Ağıllı kənd” modellərinə bütün dünyada böyük maraq var. Çünki kənd əhalisinin istək və ehtiyaclarının yerlərdə qarşılanması şəhərlərə axını azaldan başlıca faktordur. Qabaqcıl dünya ölkələri artan urbanizasiyanın yol açacağı ekoloji, demoqrafik və digər çətinliklərin qarşısını almağa çalışır. Bu məqsədlə iqtisadi inkişaf və ətraf mühit arasında tarazlığı qoruyan yeni texnologiyalar, inkişaf modelləri tətbiq edilməkdədir", - deyə İ.Kərimov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti