Bakı. Trend:
Azərbaycanda müəllim çatışmazlığı yoxdur. İldə 10-11 min müəllim işə götürürük.
Trend xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev suallara cavab verərkən deyib.
Nazir bildirib ki, yaş məsələsi ilə bağlı problemlər yaranır. “Mən burada yaş amilini də nəzərə alıram. Bu gün mən 65 yaşlı müəllimi işdə saxlayıramsa, yaxşı nazir, amma 25 yaşlı müəllimə işləməyə imkan vermirəmsə, pis nazir oluram”, - deyə E.Əmrullayev qeyd edib.