...

Doğulan qız uşaqlarına görə sosial müvainətin verilməsi təklif edilir

Cəmiyyət Materials 20 Dekabr 2022 13:35 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Demorqafik natarazlığın qarşısnın alınması üçün doğulan qızlara görə sosial müvainətin verilməsi gərəkdir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin insan hüquqları komitəsinin sədri Zahir Oruc parlamentin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, oğlan uşaqlarının sayının çoxalması, demorqafik natarazlığın qarşısının alınması üçün doğulan qızlara görə sosial müvainətin verilməsi gərəkdir. “Hazırda dövlət siyasətini həyata keçirən rəsmi dövlət qurumunun - AQUPDK-nin səlahiyyətlərini yeni vəzifələrə və tələbələrə uygunlaşdırmaq, bu sahədə dönüş yaratmaq üçün “Ailə Məsələləri Nazirliyi”nin yaradılması vacibdir. Qadınların rolunun artırılması və Konvensiyanın tam həyata keçirilməsi sahəsində effektiv fəaliyyətinin təkmilləşdirilməsi üçün bu qərar arzuolunandır. Ölkədə “Ailə psixoloqu” mütəxəssislərinin hazırlanması vacib məsələyə çevrilir. Baş verən intihar hallarının qarşısının alınması, uşaqların psixi sağlamlığı, ailələrdə stresin idarə olunması, zorakılığın azaldılması ilə məşğul olan sosial işçilər, psixoloqlar korpusunun formalaşdırılması ilk addımlar sırasında olmalıdır”, - deyə Z.Oruc qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti