...

Beynəlxalq qiymətləndirmə düşərgələrinə il ərzində 90 müəllim cəlb olunub

Cəmiyyət Materials 20 Dekabr 2022 20:38 (UTC +04:00)

Bakı. Trend:

Təhsil İnstitutu və müvafiq regional təhsil idarələrinin təşkilatçılığı ilə 2022-ci ildə Şəki, Lənkəran və Quba rayonlarında beynəlxalq qiymətləndirmə düşərgələri keçirilib.

İnstitutdan Trend-ə bildirilib ki, düşərgələrdə regional təhsil idarələrinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərindən ümumilikdə 90 müəllim iştirak edib.

Yekunda iştirakçılar sertifikatlarla təltif olunublar.

Qeyd edək ki, beynəlxalq qiymətləndirmə düşərgələrinin keçirilməsində əsas məqsəd müəllimlərin beynəlxalq qiymətləndirmə tədqiqatları barədə məlumatlılığını artırmaq, təhsildə qərarların verilməsində, təhsil siyasətinin formalaşmasında qiymətləndirmə tədqiqatlarının vacibliyini vurğulamaq, qiymətləndirmə siyasətinin təkmilləşdirilməsində müəllimlərin iştirakını təmin etməkdən ibarət olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti