...

Səhiyyə Nazirliyində Beynəlxalq Pediatriya Assosiasiyasının prezidenti ilə görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 23 Dekabr 2022 16:34 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Səhiyyə Nazirliyində Beynəlxalq Pediatriya Assosiasiyasının (IPA) prezidenti, professor Ənvər Həsənoğlu ilə görüş keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev IPA-nın dünyada uşaqların sağlamlığının və sosial rifahının qorunması ilə bağlı problemlərin həllinə yönəlmiş fəaliyyətini yüksək qiymətləndirib. Öz çıxışında nazir Azərbaycanda Prezident İlham Əliyev tərəfindən uşaqların sağlamlığının qorunmasına hər zaman xüsusi diqqət və qayğı göstərdiyini vurğuladı: “Uşaqların hüquqlarının müdafiəsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir”.

Teymur Musayev Azərbaycan Tibb Universitetinin Beynəlxalq Pediatriya Assosiasiyası ilə uğurlu əməkdaşlığın davam etdiyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, Bakıda keçirilən I Milli Pediatriya Konqresi zamanı beynəlxalq mütəxəssislərin məruzələri və aparılacaq müzakirələr Azərbaycanda pediatriyanın inkişafına mühüm töhfə verəcək.

Sonda Azərbaycan səhiyyə naziri gələcəkdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib.

Səmimi qəbula görə təşəkkürünü bildirən IPA-nın prezidenti Ənvər Həsənoğlu beynəlxalq tədbirlərdə iştirak etmək üçün dəfələrlə ölkəmizə səfər etdiyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanda səhiyyənin müxtəlif sahələrinin, o cümlədən pediatriyanın aktual problemlərinə həsr olunmuş beynəlxalq konqreslər hər zaman yüksək səviyyədə təşkil olunub.

Görüşdə Beynəlxalq Pediatriya Assosiasiyasının Azərbaycan Səhiyyə Nazirliyi ilə pediatriya sahəsində əməkdaşlığın genişləndirilməsi barədə faydalı müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti