...

Qərbi azərbaycanlıların öz yurdlarına qayıtması ən mühüm vəzifələrdəndir - Hikmət Babaoğlu

Cəmiyyət Materials 27 Dekabr 2022 12:50 (UTC +04:00)
Qərbi azərbaycanlıların öz yurdlarına qayıtması ən mühüm vəzifələrdəndir - Hikmət Babaoğlu
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin öz ad gününü xalqımız üçün prioritet olan problemlərin həlli ilə bağlı görüşlərdə keçirməsi artıq bir ənənə halını alıb. Əgər son iki ilə qədər belə görüşlər ən ağrılı problemimiz olan məcburi köçkünlərimizin öz yurd-yuvalarına qayıtması ilə bağlı təşkil olunan tədbirlərdə keçirilirdisə, tarixi zəfərimizdən sonra bu problem artıq aradan qaldırıldı. İllərlə həsrətlə gözlədiyimiz böyük qayıdış tarixi hadisəsi rellığa çevirildi. Hazırda isə tarixi qələbəmizdən sonra yaranan yeni reallıqda ən mühüm vəzifələrdən biri Qərbi Azərbaycandan qaçqın düşmüş vətəndaşlarımızın öz yurdlarına qayıtması məsələsidir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

O qeyd edib ki, dekabr ayının 24 də Müzəffər Ali Baş komandanımızın Qərbi Azərbaycan icmasının bir qrup üzvü ilə keçirdiyi görüşdə səsləndirdiyi fikirlər də strateji məqsədlərimizə çatmaq üçün konseptual və proqram xarakteril olmaqla əslində Qərbi Azərbaycana qayıdışımızın yol xəritəsi idi. “Bu kontekstə Prezident İlham Əliyev ilk növbədə haqlı tarixi torpaqlarımıza qayıtmağımızı hər şeydən ğncə tarixi yaddaşımızla əlaqələndirdi. Doğurdan da milli yaddaşın əsas komponenti olan tarixi yaddaşımız, onun düzgün əsaslarda yeni nəsilə ötürülməsi birinci Qarabağ savaşından sonra dünyaya gələn qəhrəmanlarımızın torpaqlarımızı işğaldan azad etməsinə gətirib çıxardı. Prezidentin qeyd etdiyi kimi bu gün Zəngialan, Ağalıya o tormaqlarımızı görməmiş yeni nəsilin qayıdışını da təmin edən məhz tarixi yaddaşdır. Ona görə də əgər illər öncə məcburi köçkünlərimizin öz torpaqlarına qayaıtmaları ilə bağlı ümummilli arzularımız necə bu gün reallığa çevrildisə çox çəkmədən İrəvana, Göyçəyə, Zəngəzura qayıtmaqla bağlı arzularımız da gerçəkliyə çeviriləcək. Çünki bunu təmin edəcək qüdrətli liderimiz , müzəffər sərkərdəmiz və güclü ordumuz var .Azərbaycan Prezidenti məhz tarixi xronoloji ardıcıllıq baxımından da ata-baba torpaqlarımıza qayıtmağımızı bu mənada rəmzi olaraq açılışını etdiyi bina ilə əlaqələndirərək bildirdi ki, vaxtilə bu binada yerləşən Şuşa icra hakimiyyəti necə bu gün əziz Şuşaya qayıtdısa bir gün gələcək bu gün burada fəaliyyətə başlayan Qərbi azərbaycan icması nümayəndələri də öz evlərinə qayıdacaqlar. Şübhəsiz ki, bunun üçün hər şeydən öncə biz bütün dünyaya tarixi vətənimizlə bağlı həqiqətləri çatdırmağı bacarmalıyıq. Orada əcdadlarımızın yaratdığı maddi mədəni irisi ermənilərin barbarcasına necə dağıtdıqlarını, Qərbi Azərbaycan torpaqlarını Azərbaycan Demokratik Cümhuriyyəti tərfindən ermənilərə necə verildiyini, beynəlxalq hüquq baxımından bizə aid olan torpaqlarda necə yaşamaq hüququmuzun olduğunu bütün dünyaya çatdırmalı və o torpaqlara qayımağımız üçün hüquqi- informativ mühit formalaşdırmalıyıq. Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının qarşısında məhz bu məsələləri vəzifə kimi qoyaraq onun milli maraqlarımız baxımından nə qədər strateji olduğunu əsalandırdı. Eyni zamanda bu milli məqsədlərimizə yumşaq güc və sülh yolu vasitəsilə çata bilməyimizin də vacib olduğunu bildirdi. Azərbayacan Prezidentinin söylədiyi bu fikirlər xalqımızın yeni əsrdə yeni vəzifələrinin siyasi konseptual əsaslarıdır və Vətən müharibəsində monolit birliyimiz ilə milli hədəflərimizə çatdığımız kimi bundan sonra da bu birliyi davam etdirərək tarixi Qərbi Azərbaycan torpaqlarımıza qayıtmalıyıq”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti