...

Son 4 ildə istifadəyə verilən reabilitasiya və sosial xidmət müəssisələrinin sayı açıqlanıb

Cəmiyyət Materials 27 Dekabr 2022 15:23 (UTC +04:00)
Son 4 ildə istifadəyə verilən reabilitasiya və sosial xidmət müəssisələrinin sayı açıqlanıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Son 4 ildə 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib, bir uşaq reabilitasiya müəssisəsi – Qəbələ Uşaq Reabilitasiya Mərkəzi açılıb.

Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov 2022-ci ildə görülən işlərə dair mətbuat konfransında deyib.

O bildirib ki, aparılan bütün bu işlər reabilitasiya mərkəzlərinin potensialının dəfələrlə artmasına imkan verib.

"44 günlük Vətən müharibəsindən sonra reabilitasiya müəssisələrində müharibə ilə əlaqədar əlilliyi olan 2 650 şəxsə reabilitasiya xidmətləri göstərilib. Bu kateqoriyadan olan 1 766 şəxs 30 min reabilitasiya vasitəsi, 379 şəxs 394 yüksək texnologiyalı müasir 4-cü nəsil protezlə təmin olunub", - sədr qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti