...

Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni sədr təyin olundu

Cəmiyyət Materials 28 Dekabr 2022 15:14 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni sədr təyin edilib.

Trend-in məlumatına görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, İsmayıl Kamil oğlu Xəlilov Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri təyin olunub.

İ.Xəlilov bu vəzifəyə qədər Ali Məhkəmənin hakimi vəzifəsində çalışıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyev bir müddət əvvəl ürək tutmasından qəfil dünyasını dəyişib. Məhkəmənin sədri vəzifəsinin icrası Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayevə həvalə olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti