...

Şəhid ailələri və müharibə əlillərinə dövlət qayğısı bu il də artırılacaq

Cəmiyyət Materials 5 Yanvar 2023 09:19 (UTC +04:00)
Şəhid ailələri və müharibə əlillərinə dövlət qayğısı bu il də artırılacaq
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi ilə müharibə şəhidlərinin ailələri, müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyata keçirilir.

Bu sosial dəstək paketi çərçivəsində Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə iştirakçılarının aktiv məşğulluq proqramlarına cəlb edilməsi işləri aparılır. Postmüharibə dövrü ərzində 22 minə yaxın şəhid ailəsi üzvü və müharibə iştirakçısı ilə məşğulluq sahəsi üzrə əyani görüşlər keçirilib, onların aktiv məşğulluq imkanları qiymətləndirilib. Bu görüşlərin nəticəsi olaraq 9 mindən çox şəhid ailəsi üzvü və müharibə əlili özünüməşğulluq proqramına cəlb edilib, onlar üçün kiçik ailə təsərrüfatları qurulub. Bu sahədə müvafiq qurumlarla əməkdaşlıq və aktiv məşğulluq proqramları çərçivəsində 6800-dən çox şəxsin daimi işlə təminatına da nail olunub.

Milli Məclisin deputatı Sevinc Hüseynova Trend-ə açıqlamasında qeyd edib ki, Azərbaycanda şəhid ailələri və müharibə əlilləri daim dövlətin qayğısı ilə əhatə olunur. Şəhid ailələri və müharibə əlillərinə dövlət dəstəyi geniş istiqamətləri əhatə edir:

“Bura maddi və sosial təminat, psixoloji dəstək, reabilitasiya xidməti, məşğulluq məsələləri, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər istiqamətlər daxildir.

S.Hüseynova vurğulayıb ki, şəhid ailələrinə və müharibə əlillərinə dəstəyin göstərilməsinin mühüm istiqamətlərindən biri də onların məşğulluğu ilə bağlıdır. Bilirsiniz ki, bununla bağlı müxtrəlif proqramlar həyata keçirilir. Bununla yanaşı şəhid ailələri və yaralananlar üçün “Məşğulluq marafonu” həyata keçirilir və artıq xeyli sayda işəgötürən bu marafona qoşulub və bu kateqoriyadan olan xeyli sayda şəxs isə artıq işə götürülüb. Şəhid ailələri və müharibə əlillərinə dövlət qayğısı bundan sonra da davam edəcək. Biz torpaqlarımızı şəhidlərimizin qanı və canı bahasına əldə etmişik. Şəhidlər və müharibə əlilləri böyük fədakarlıq göstərək öz həyatlarını və sağlamlıqlarını Vətən yolunda qurban veriblər, xalqımızın 30 illik Vətən həsrətinə son qoyaraq ərazi bütövlüyümüzü təmin ediblər. Bu gün həm dövlət, həm də xalqımız şəhid ailələrinə və müharibə əlillərinə böyük diqqət və qayğı ilə yanaşır, onların problemlərinin həlli istiqamətdində lazımi tədbirlər görülür. Bütün bunlar ölkədə aparılan uğurlu sosial siyasətin və Vətən uğrunda öz canını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvlərinə və sağlamlığını itirmiş müharibə əlillərimizin daim dövlətin diqqət mərkəzində olmasının göstəricisidir.

Xatırladaq ki, postmüharibə dövrü ərzində doqquz mindən çox şəhid ailəsi üzvü və müharibə əlili özünüməşğulluq proqramına cəlb edilib. Vətən müharibəsindən sonra şəhidlərimizin ailə üzvləri və müharibə iştirakçıları ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan genişmiqyaslı sosial dəstək tədbirləri 121 min şəxsi əhatə edib, onlara dəstək yönümlü 257 min xidmət göstərilib.

2023-cü ilin dövlət büdcəsi xərclərinin 46 faizi sosialyönümlü xərclər olacaq ki, bu da gələn ilin dövlət büdcəsinin də sosial yönümlü olacağını göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti