...

Yeni metro stansiyasının tikintisi gələn ilin sonuna qədər yekunlaşacaq

Cəmiyyət Materials 30 Dekabr 2022 12:38 (UTC +04:00)
Yeni metro stansiyasının tikintisi gələn ilin sonuna qədər yekunlaşacaq
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Şərti adı B-4 olan yeni metro stansiyasının tikinti işləri gələn ilin sonuna qədər yekunlaşacaq.

Trend-in məlumatına görə, bunu bu gün Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, hazırda yeni stansiyanın tikintisi normal davam etdirilir:

"Stansiya 4 səviyyədən ibarət olacaq. Artıq stansiyanın 2 səviyyəsində tikinti işləri başa çatdırılıb. Hazırda qalan iki səviyyənin tikintisi aparılır. Həmçinin "8 Noyabr" stansiyasından B-4 stansiyasına qədər olan hər iki qatar yolu və tunel tikilib. Gələn ilin sonuna qədər stansiyada bütün tikinti işləri başa çatdırılacaq. Ondan sonra stansiyada avadanlıqların quraşdırılmasına başlanacaq. Əgər işlər hazırki vəziyyətdə davam edərsə, stansiya 2024-cü ilin əvvəlində istifadəyə verilə bilər".

Qeyd edək ki, «Bənövşəyi xətt»in 4-cü stansiyası (B-4) Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasında inşa edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti