...

Hava şəraiti ölkə ərazisində internetin işinə necə təsir edib? - AÇIQLAMA

Cəmiyyət Materials 10 Yanvar 2023 10:02 (UTC +04:00)
Hava şəraiti ölkə ərazisində internetin işinə necə təsir edib? - AÇIQLAMA
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Qar yağması ölkə ərazisində internetin işində çətinlik yaratmayıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq "Aztelekom" MMC və "Baktelekom" MMC-nin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, ölkə ərazisində internetin işində çətinliyin yaranması ilə bağlı kütləvi müraciət daxil olmayıb.

"Əgər fərdi halda hər hansı nasazlıq baş verərsə, “Aztelekom” MMC abunəçilərindən 170, “Bakı Telefon Rabitəsi” MMC abunəçilərindən isə 155 Çağrı mərkəzinə müraciət etmələrini xahiş edirik. Hər bir müraciət ən qısa zamanda araşdırılacaq və yaranmış problem aradan qaldırılacaq", - məlumatda deyilir.

Qeyd edək ki, 2017-ci ildən bu günədək artıq ölkə üzrə 766 minə yaxın ev təsərrüfatı optik internetə çıxış imkanı əldə edib ki, bunun da 539 mini 2021-2022-ci illərdə icra olunub. Bu, yeni infrastrukturun quraşdırılma tempinin dəfələrlə artdığını nümayiş etdirir. Ümumilikdə layihənin sonunadək ölkə ərazisində bütün ev təsərrüfatlarının GPON və digər genişzolaqlı texnologiyalar vasitəsilə sürətli internetlə təmin olunması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti