...

Yağan qar çaylarda sululuğun artmasına səbəb olub

Cəmiyyət Materials 12 Yanvar 2023 12:44 (UTC +04:00)
Yağan qar çaylarda sululuğun artmasına səbəb olub
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Son 5 gündə ölkə ərazisində yağan qar əksər bölgələrdə kifayət qədər yüksək qar örtüyünün əmələ gəlməsinə səbəb olub.

Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev Trend-ə bildirib ki, Böyük Qafqazın Balakən-Şəki bölgəsində düşən yağıntı ötən ildəkindən və ongünlük normadan 50 faiz çox olub, qar örtüyünün hündürlüyü 22 sm-dək təşkil edib. Oğuz-Qəbələ bölgəsində isə yağıntının ongünlük normadan 30 faiz çox olması nəticəsində qar örtüyünün hündürlüyü 19 sm-dək olub.

“Quba-Xaçmaz və Lənkəran-Astara bölgəsində isə qarın daha çox yağması nəticəsində qar örtüyünün orta hündürlüyü Quba-Xaçmaz bölgəsində 32, Lənkəran-Astara bölgəsində isə 35 sm-dək olub”.

A.Verdiyev onu da qeyd edib ki, müşahidə edilən hava şəraiti çayların sululuğuna da müsbət təsir görtərib. Düşən yağıntılarla bağlı bəzi çaylarda və Kürün aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub.

“Lənkəran-Astara bölgəsindən axan Viləşçay-Şıxlar, Lənkərançay-Sifidor, Kiçik Qafqazın ərazisindən axan Zəyəmçay-Ağbaşlar məntəqələrində suyun səviyyəsində 1, Kür-Surra məntəqəsində 13, Kür-Şirvanda 4, Kür-Salyanda 19, Kür-Bankədə 6 sm artım qeydə alınıb”.

Xidmət rəsmisinin sözlərinə görə, yaxın günlərdə temperatur rejiminin tədricən yüksəlməsi və dağlıq ərazilərə yağan qarın tədricən əriməsi nəticəsində çaylarda xüsusən də Lənkəran-Astara bölgəsindən axan çaylarda sululuğun artımı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti